Okt 21, 2022 14:52 Asia/Baku
  • İlham Əliyev xəstəxanada Binəli Yıldırıma baş çəkib

Cümə günü prezident İlham Əliyev Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım, deputat Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçiyə xəstəxanada baş çəkib. Onlar ötən gün Cəbrayılda qəzaya düşüblər.

Ötən gün yol qəzasına düşən Türkiyə nümayəndə heyətinin üzvlərinin vəziyyəti qənaətbəxşdir. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyindən bildiriblər.

Cümə axşamı Azərbaycanın Zəngilan rayonunda Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım və millət vəkili Şamil Ayrımın olduğu avtomobil qəzaya düşüb. Qəzada xəsarət alanlar helikopterlə Bakı Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər.

Onlar prezident Ərdoğanı Azərbaycana səfərdə müşayiət edən nümayəndə heyətin tərkibində idilər. Heyət Zəngilanda beynəlxalq hava limanının və qonşu Cəbrayılda bir sıra obyektlərin açılış mərasimində iştirak etmək üçün Azərbaycan Respublikasına səfər edib.

Qəza səfər başa çatdıqdan sonra, nümayəndə heyəti Cəbrayıldan Zəngilan hava limanına gedərkən baş verib.

Qəzanın təfərrüatı barədə məlumat yayılmayıb.

Ən son məlumata görə Azərbaycan Respublikasına səfər zamanı qəza keçirən Türkiyə nümayəndə heyətinin üzvləri Türkiyəyə yola salınıblar. Bu barədə Türkiyə səfiri Cahit Bağçı Twitter-də bildirib.

Teqlər