Noy 02, 2022 11:54 Asia/Baku
  • İ.Əliyev Fransanın 1.5 insanı qətliam etdiyini dedi

İlham Əliyev Əlcəzairdə çıxışı zamanı Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliamı dünyanın heç vaxt unutmamalı olduğunu vurğulayıb.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən belə deyib: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib”

Tənqidçilərə görə 30 il müddətinə Fransanın Azərbaycan Respublikasının ərazilərinin işğalına son qoyulmasına töhfə verəcəyini reklam edən Azərbaycanın indiki iqtidarın başçısı Fransanın cinayətlərini xatırlatsa da hələ də Fransa prezidentinin sifarişlərini yerinə yetirməklə məşğuldur.

İlham Əliyevin Fransa, ABŞ və Rusiya qarşısında təslimçi mövqedə olduğunu deyən iqtidar tənqidçilərinə görə o erməni pərəst mövqeyi ilə tanınan Fransa prezidenti Emanuel Makronla hərhansı görüş və yaxud telefon söhbətindən dərhal sonra Ermənistanın istəklərindən birini yerinə yetirmişdir. Azərbaycan torpaqlarında terror əməliyyatında ittiham olunan erməni diversantların azad edilərək Fransa təyyarəsi ilə İrəvana göndərilməsi bunun əyani nümunəsidir.

Buna baxmayaraq İlham Əliyev Əlcəzairə səfəri çərçivəsində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdiyini xatırladıb və belə deyib: “Bu gün bu dəhşətli hadisəni xatırlayarkən gələcəkdə belə fəlakətlərin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”.

Azərbaycan Respublikasının bəzi tanınmış müxalifətçi simaları bildirirlər ki, İlham Əliyevin bəzi çıxışlarında Fransa və digər hegemonçu anti-Azərbaycan qərb dövlətlərini tənqid etməsi "poza"dan başqa bir şey deyil və o öz ailə mülahizələrini və hökumətinin davamını ölkənin milli mənafeyinə üstün tutur. 

Teqlər