Qarabağın statusi "gorbagor" olmayıb
Ailə rejiminin təbliğatı boşa çıxır
Azərbaycanda hakim rejimin bu vaxta qədər Qarabağın statusu ulə bağlı apardığı təbliğat uğursuzluğa uğrayır.
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistandakı səfiri Sergey Kopırkin Soçidə keçirilən üçtərəfli görüşdən sonra bildirib ki, Dağlıq Qarabağın statusu məsələsini gələcək nəsillərə saxlamaq lazımdır.
Onun fikrincə, üçtərəfli görüşün nəticəsi olaraq verilmiş üçtərəfli bəyanatda da Qarabağın adı çəkilmir və “Qarabağ” sözü hətta Rusiya sülhməramlılarına aid bənddə də işlədilməyib.
Amma bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin bir qədər yayğın şəkildə Qarabağ məsələsinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə salına biləcəyinə işarə etmişdi.
Kopırkin deyib ki, Azərbaycan və Ermənsitan arasında müqavilə tənzimləmənin nəticəsi olmalıdır.
Səfirin sözlərinə görə, sülh müqaviləsinə hansı bəndlərin daxil edilməsinə dair hələlik yekdil fikir yoxdur:
“Bizim nəzərimizcə, Dağlıq Qarabağın statusu elə bir məsələdir ki, onu gələcək nəsillərə, bu məsələnin hamıya məqbul ədalətli həlli üçün şərait formalaşan vaxta saxlamaq lazımdır”.
“Doğrudanmı Əliyevi bəyanatda Qarabağın statusu məsələsinin olmasına inandırmaq olmazdı” sualına cavab olaraq səfir deyib ki, onda heç bir əlavə məlumat yoxdur və o yalnız ehtimal edə bilər.
Azatutyunun yazdığına görə keçmiş prezident Robert Koçaryanın Hayastan parlament fraksiyasından müxalif deputat Artur Xaçatryan deyib ki, Dağlıq Qarabağın öz müqəddaratını təyinetmə hüququna malik olmasını təsbit etməyən istənilən sənəd iflasa məhkumdur.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, rusiyalılar da Qarabağın statusunu təxirə salmağı düzgün sayırlar.