DAK-çılar İrana "xox" gəldilər
https://azeri.sahartv.ir/news/azərbaycan-i394685-dak_çılar_İrana_xox_gəldilər
Dırnaqarası "Dünya Azərbaycanlıları Konqresi" (DAK) adlanan qaragüruhun İdarə Heyətinin və Bakı təmsilçiliyinin üzvlərinin iştirakı ilə dünən yığıncaq keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 03, 2022 09:47 Asia/Baku
  • DAK-çılar İrana

Dırnaqarası "Dünya Azərbaycanlıları Konqresi" (DAK) adlanan qaragüruhun İdarə Heyətinin və Bakı təmsilçiliyinin üzvlərinin iştirakı ilə dünən yığıncaq keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyevin tapşırığı ilə keçirilən tədbirdə DAK həmsədri, deputat Sabir Rüstəmxanlı toplantıda çıxış edib və bölgədəki geopolitik durumdan, DAK qarşısında duran vəzifələrdən bəhs edib.

Babək Muğanlı, İdarə Heyətinin üzvləri Zəlimxan Məmmədli, Adil Minbaşı, Xəzər Emin və digərləri çıxış edərək, guya İran Azərbaycanın üzləşəcəyi problemlərdən danışaraq onlara dəstəyin vacibliyindən danışıblar.

Çıxışlarda DAK-in gəncləşməsi, İdarə Heyətinin fəaliyyətinin genişləndirilməsi, təşkilatın proseslərə çevik reaksiya verməsi haqda təkliflər səslənib.