İranlı ekspert Mərkəzi Asiya qazının nəqli üçün İran marşrutunu məqbul sayır
Əhməd Kazimi: Qaz Xəzər dənizi ilə nəql olunmayacaq
İranlı ekspert bildirib ki, Avropanın Rusiya qazını əvəz edəcək qazın tədarükü üçün NATO-nun Turan dəhlizinə dəstək verməsi səhv hesablamadır.
SəhərAzəri-nin məlumatına əsasən, Avrasiya məsələləri üzrə ekspert Əhməd Kazimi Press TV kanalına verdiyi müsahibədə deyib: “Avropanın NATO-nun Turan dəhlizi layihəsini və ya Azərbaycan Respublikasında və Türkiyədə Ermənistana qarşı ərazi iddiası əsasında “Zəngəzur dəhlizi” adlandırılan layihəni kor-koranə dəstəkləməsi yanlış qərardır. Çünki Mərkəzi Asiyanın qaz ehtiyatları Azərbaycan Respublikasının Xəzər dənizi vasitəsilə Avropaya gedən qaz kəmərinə birləşdirilə və ötürülə bilməz.
Ekspertin sözlərinə görə, Azərbaycan Respublikasından Avropaya qaz kəmərinin çəkilməsi təxminən 30 il çəkib və ona 30 milyard dollardan çox vəsait xərclənib. Lakin bunun işlək olması üçün Mərkəzi Asiyadan Avropaya qazın nəqli mümkün olmalıdır. Çünki Azərbaycan Respublikası kifayət qədər qaza malik deyil və bu ölkə Avropanın qaz tələbatının yalnız beş faizindən azını ödəyə bilir. Bununla belə, Kzimi tam əminliklə qeyd edib ki, Mərkəzi Asiyanın qaz ehtiyatları Xəzər dənizi vasitəsilə Azərbaycan Respublikasının boru kəməri ilə Avropaya ötürülməyəcək. Çünki Xəzər dənizinin dibindən qaz kəmərinin çəkilməsi üçün İran İslam Şurasında Xəzərin Hüquqi Rejim Konvensiyasının təsdiqi lazımdır ki, buna İran parlamenti təsdiqləməyəcək.
Ekspert əlavə edib ki, Xəzər dənizi zəlzələyə meyilli göldür və boru kəmərinin qapalı dəniz olan Xəzərin dibindən keçməsi son dərəcə təhlükəlidir, bu səbəbdən rəsmi Tehran Xəzər dənizində ekoloji fəlakətin yaranmasına imkan verməyəcək. Onun fikrincə, Türkmənistanın gəlib İranla mübadilə yolu ilə öz qazının bir hissəsini Azərbaycan Respublikasına ötürməsi, ondan əvvəl isə onu İran vasitəsilə Türkiyəyə verməsi Türkmənistanın eyni ekoloji reallığı anlamasının nəticəsidir. Bu faktı nəzərə alaraq avropalılar bilməlidirlər ki, Mərkəzi Asiyanın enerji ehtiyatlarının Xəzərdən ötürülməsi ideyası reallaşmayacaq və ən yaxşı və məqbul marşrut İran ola bilər. Onlar Turan dəhlizindən vaz keçməlidirlər.