Noy 08, 2022 10:49 Asia/Baku
  • İran Naxçıvan Xalq Hərəkatı ailə rejimini təlaşa salıb - AKTUAL

Azərbaycan Respublikasının ailə rejimi odla oynayır, Şahçırağdakı teraktda adının hallanması isə ona ibrət olmayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Bakı mediası “Qələbə günü” bəhanəsi ilə “böyük Azərbaycan” xülyasında olan anti-İran ünsür və qrupların bəyanatlarını tirajlayır.

Bu istiqamətdə “Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi” adlanan qruplaşmanın cəfəng bəyanatı diqqət çəkib.

Qaragüruhun bəyanatında deyilir: “44 günlük savaş sürəcində və ondan sonrakı proseslərdə İran fars rejiminin Azərbaycan dövlətinə qarşı ermənipərəst mövqeyinin qarşısında Güney Azərbaycanda yaşayan çoxmilyonlu Azərbaycan türklərinin dirənişi, Azərbaycan dövləti və ordusuna verdiyi mənəvi dəstək, taleyin hökmü ilə coğrafi anlamda 200 illik parçalanmaya məruz qalmış bir millətin əslində vahid milli birlik ideyası ilə Bütöv Azərbaycana doğru irəlilədiyini göstərdi”.

Görünür, İrandakı etnosların vəhdətindən və bütöv İrana bağlılıqlarından hiddətlənən ünsürləri dirçəltmək hazırda ailə rejiminin gündəminə keçib və o, şüşə evdə oturub ona-buna daş atmaqla məşğuldur.

Maraqlıdır ki, İran İslam Respublikasının əleyhinə qara-piar kampaniyası Naxçıvandakı xalq hərəkatının məlum müraciətindən sonra geniş vüsət almışdır.

Son vaxtlar “İran Naxçıvan Xalq Hərəkatı” adlı gizli və xalq təşkilatının sosial şəbəkələrdə elanlar dərc edərək mövcudluğunu elan etməsi naxçıvanlıları səfalət və yoxsulluq içində saxlayan, bölgəni Türkiyə və İsrail üçün qarnizona çevirmiş Bakı hakimiyyətini xeyli narahat edib və vahiməyə salıb.

Teqlər