İlham Əliyev terror yuvası olan Albaniyaya səfər edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i395070-İlham_Əliyev_terror_yuvası_olan_albaniyaya_səfər_edib
İlham Əliyev Münafiqlər qaragüruhunun mənzilləndiyi Albaniyaya rəsmi səfər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 15, 2022 14:43 Asia/Baku
  • İlham Əliyev terror yuvası olan Albaniyaya səfər edib

İlham Əliyev Münafiqlər qaragüruhunun mənzilləndiyi Albaniyaya rəsmi səfər edib.

SəhərAzəri-nin məlumatına əsasən, noyabrın 15-də Tiran hava limanında onu baş nazir müavini, infrastruktur və energetika naziri Belinda Balluku qarşılayıb.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Albaniya Respublikasının prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və Albaniya rəhbərləri arasında danışıqlar zamanı energetika sahəsində əməkdaşlıq məsələlərinin diqqət mərkəzində olub. 

Qeyd edək ki, Albaniya hökuməti Şərqi Avropada ABŞ ilə müttəfiq satellit ölkələrdən biridir və bir-neçə il bundan öncə əli 17 min günahsız insanı şəhid etmiş dırnaqarası Xalq Mücahidləri adlanan münafiqlər qruplaşmasının üzvlərinə sığınacaq verib. Bunun nəticəsində Tehran-Tirana əlaqələri kəsilib. 

Xatırladaq ki, ötən ilin avqust ayı Azərbaycan iqtidarına yaxınlığı ilə seçilən deputat Sabir Rüstəmxanlının terrorçu münafiqlərin konfransında iştirakı İran tərəfindən sərt qarşılandı. 

Xalq şairi həmin tədbirdə terror qruplaşmasının başçısına tərif yağdırmış və cinayətkarlara dəstəyini nümayiş etdirmişdi.