Dek 02, 2022 14:49 Asia/Baku
  • sahibə qafarova
    sahibə qafarova

“Fransa Senatından sonra bu ölkənin Milli Assambleyasının da Azərbaycan əleyhinə qətnamənin qəbul etməsi yolverilməzdir”.

Bunu Azərbaycan Respublikası Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında deyib. O bildirib ki, Azərbaycan qəti şəkildə bu qətnaməni rədd edir.

“Biz bunu riyakarlıq olaraq qəbul edirik. 30 il ərzində Azərbaycan və Ermənistan arasında münaqişədə bir nəticə əldə edilməməsinin səbəbi vasitəçi dövlətin bitərəf olmamasıdır. Bu qətnamədə Ermənistanın Azərbaycana qarşı 30 il ərzində törətdiyi cinayətlər, eyni zamanda müharibə zamanı 9 şəhərimizi bombalaması qeyd olunmayıb. Burada Azərbaycana qarşı ucuz siyasi sifariş açıq şəkildə görünür. Hər kəsə aydındır ki, Fransanın qaranlıq tarixi işğallarla, soyqırımlarla doludur və bunu tarixdən silmək olmaz”, - deyə Sahibə Qafarova əlavə edib.

Azərbaycab Respublikası parlamentinin spikeri elə bir şəraitdə vasitəçiləri bitərəf olmamaqda və məhz buna görə də münaqişənin 30 il müddətində uzanmasında təqsirkar olmaqda ittiham edir ki, elə indisində də həmin vasitəçilər cənubi qafqazda at oynadırlar. Rəsmi Bakı isə buna şərait yaradır.

Fransanın isə Azərbaycan Respublikasına qarşı siyasətində heç bir dəyişiklik olmayıb və bu ölkə əvvəlindən Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. Ancaq rəsmi Bakı bu gün artıq bu reallığı görməməzliyə vura bilmilmir.

Xatırladaq ki, Fransa Senatı 2022-сi il noyabrın 15-də Azərbaycana qarşı qətnamə layihəsini qəbul edib.

 

Noyabrın 30-da isə Milli Assambleya da Azərbaycana qarşı siyasi aksiya təşkil edib.

 

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, bu, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlikdir.

 

Teqlər