ABŞ yenidən separatçılara vəsait ayırdı
Azərbaycan bu vəsaitin mina basdırma işinə sərf olunacağını düşünür
ABŞ 2023-cü ildə minaların təmizlənməsi istiqamətində Qarabağdakı separatçılara 2 milyon dollar ayrıb, Bakıda isə bu vəsaitin başqa işlərə sərf olunacağını deyirlər.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycanlı politoloq Əhəd Məmmədli bununla bağlı Poliqon portalına bildirib ki, ABŞ dövləti qurulandan nəinki regiona, dünyaya təhdididir. Və imperialist dövlət hal-hazırda dünyanın bir nömrəli imperiyasıdır.
Onun sözlərinə görə, ABŞ Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazilərindəki separatçılara müxtəlif adlarla maliyyə yardımı edir. Bu dəfə isə 2023-cü ildə minaların təmizlənməsi istiqamətində separatçılara 2 milyon dollar pul ayrılıb. Şübhə yoxdur ki, ayrılan vəsait minaların təmizlənməsinə deyil, əksinə, minaların daha geniş həcmdə istehsalına və basdırılmasına xidmət edəcək.
Politoloq qeyd edib ki, humanitar yardım adı altında ayrılan ianə və pullar erməni separatçılarının silahlanmasına xidmət edir.