Yan 07, 2023 15:55 Asia/Baku
  • Qərb tərəfindən rəsmi Bakıya təzyiqlər davam edir

ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi ABŞ-ın Qarabağdakı ermənilər üçün “ciddi humanitar vəziyyət”-in yaranmasından narahat olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Fransa və Amerika dövlətlərinin, eləcə də Avropa qrumlarının Qarabağdakı separatçılara dəstək olaraq rəsmi Bakıya təzyiqlərinin davamında ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter tviter hesabında ABŞ-ın Laçın yolunun üç həftədən artıqdır azərbaycanlılar tərəfindən bağlanmasından və ciddi humanitar vəziyyətin yaranmasından narahat olduğunu vurğulayıb.

Son vaxtlar qərb dövlətləri və qurumları Azərbaycan Respublikasının erməni sakinli bölgələrinə nəzarətinin əleyhinə çıxışlarını gücləndiriblər. Buna səbəb rəsmi Bakının rusiyalı sülhməramlıların nəzarətində fəaliyyət göstərən separatçı rejimin qeyri-qanuni fəaliyyətlərini nəzarətə almaq qərarı olmuşdur.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi amerikalı rəsminin anti-azərbaycan tvittinə ehtiyatlı münasibət bildirib:  "Çox təəssüf ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldanıb". XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında yazıb.

“Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi. Nə üçün yoldan hər cür qeyri-qanuni fəaliyyət üçün istifadə etmək olar, amma etiraz etmək düzgün deyil?”, - Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi əlavə edib.

 

 

 

Teqlər