Dünyəviçi Azərbaycanda Din xadimlərinə xarici siyasətdə yer verilib?
Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri İrandakı Azərbaycan səfirliyinə hücumu pisləyən bəyanat yayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Səfirlik hadisəsindən 14 gün sonra bu hadisənin rəsmi Bakının iddiası əsasında rayon dini icmaları tərəfindən gündəmə gətirilməsi Azərbaycan hökuməti tərəfindən planın hələ işləməkdə olduğunu göstərir.
27 yanvarda Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücumdan dərhal sonra hələ ilkin istintaq aparılmamışkən Azərbaycan Respublikası prezidenti bir tvittdə hücumun terror aktı olduğunu bildirdi. Bu tvittdən sonra rəsmi Bakı hərkəsdə təəcüb doğuran küskün mövqe tutaraq öz səfirliyini təxliyə etdi və istintaq əməliyyatında yaxından iştirak etmək və həqiqətin təsbit olunmasına töhvə vermək üzrə İranın müvafiq qurumları tərəfindən edilən çağırışlara heç bir məhəl qoymadı. Həmin gündən Azərbaycan Respublikasında bütün mediyalar İlham Əliyevin tvittindəki ittihamı fakt kimi təqdim edərək, İrana qarşı geniş qaralama kampaniyasına start verdi.
“Politoloq”, “siyasi xadim”, “ictimai xadim”, deputat və… İlham Əliyevin tvittindəki iddianı əsaslandırmaq üçün gecə-gündüz versiyalar düz-qoş etməyə cəlb olundular.
Qara piyar kampaniyası ilə paralel olaraq, iranofobiyaya da start verildi. Özü də islam müqəddəsləri və müsəlman ölkələrini hədəfə alan qeyri-müsəlman modelinə uyğun şəkildə. Avropada bir “Şarli Ebdo” nəşri bu missiyanı həyata keçirirdisə Azərbaycan Respublikasında çoxsaylı “Şarli Ebdo”-lar işə düşdülər.
Prezident İlham Əliyevin 27 yanvar səhər çağı atdığı tvitt, əməliyyat kodu effektini verərək, Allah adını dilinə gətirən hər bir vətəndaşın İran casusu ittihamı ilə həbsinə göstəriş kimi də oldu. Beləliklə tanınmış dindarlar və ruhanilər biri-birinin ardınca ya casus ya da narkotik daşımaq ittihamı ilə həbs edildilər.
Azərbaycan Respublikasında 27 yanvardan sonra başladılan repressiyanın bu ənənəvi mexanizminin kənarında bir yenilik diqqəti çəkməkdədir, O da dünyəviçi iqtidar tərəfindən qurulmuş din sektorunun, xarici diplomatiyada yaranmış bir böhrana müdaxiləyə cəlb edilməsidir.
Qafqaz Müsəlmanları İdarəsinin sədrinin ilk gündən sifarişli anti-İran çıxışları və onunla yanaşı, həmin idarənin monopoliyasında olan dini qrupların adından bəyanatlar verilməsi bunun göstəricisidir. Görünür İlham Əliyevin 27 yanvar tvitti ilə başladılan bu hərtərəfli planda həta rayon axundları da anti-İran kampaniya üzrə öhdəlik götürməli olublar.
Sabirabad, Saatlı, İmişli və Beyləqan kimi rayonlarının dini icmalarının bəyanatları bitəndən sonra yəqin ki, sıra kənd axundlarına çatacaq. Görünən odudr ki, bir tərəfdə dindarlar siyasi fəaliyyətlərdə ittiham edilərək həbs olunur digər tərəfdən “dindarlar” siyasi plana cəlb edilir.