Fev 18, 2023 17:07 Asia/Baku
  • Tələbələr AZAL-ın qiymətlərinə görə həyatını itirib

Türkiyədə baş verən zəlzələ zmanı həyatını itirən azərbaycanlı tələbələr tətil müddətində təyyarə biletlərinin baha olmasına görə Türkiyədə qalmalı olublar. AZAL-ın qiymətlərini ödəyə bilməyən tələbələrin cənazəsini AZAL puluz Bakıya gətirib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyədə baş verən zəlzələ zamanı azərbaycanlı tələbələrin tətil müddətində o ölkədə qalmasının əsas səbəbi kimi təyyarə biletlərinin baha olması göstərildi. Zəlzələdə həlak olan tələbələrin valideynləri də mətbuata açıqlamalarında təyyarə biletləri baha olduğundan tələbə övladlarının tətil müddətində Vətənə gələ bilmədiklərini söyləyib. Tətil müddətində bilet almağa maddi imkanı çatmayan tələbələrin nəşini isə onlar dağıntılar altında qalaraq həyatlarını itirdikdən sonra AZAL Vətənə pulsuz gətirdi.

Məsələ Milli Məclisdə də müzakirəyə çıxarılıb. Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov bildirib ki, təyyarə biletlərində güzəştlər vacibdir. Onun sözlərinə görə, Türkiyə və digər ölkələrin təcrübəsində də belə hallar var.

"Təyyarə biletlərinin baha olması səbəbindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin geri qayıtmasında çətinliklər yaşanır. Türkiyədə zəlzələ ilə bağlı tələbələrə təyyarə biletlərində güzəştlər tətbiq olunmalıdır", - deyə deputat əlavə edib.

Qeyd edək ki, rəsmi məlumatlara görə, 2022-ci ildə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 26 min 700 nəfərdir. Hazırda təqribən 41 min gənc Azərbaycandan kənarda təhsil alır.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Türk Hava Yollarının” zəlzələ baş vermiş ərazidə ciddi şəkildə qiymətlərdə endirim etdiyi halda “Azərbaycan Hava Yolları" da qiymətləri ciddi şəkildə aşağı salmalıdır.

Kamran Əsədov həmçinin quru sərhədlərin açılmasına çağırıb.  

Millət vəkili Vüqar Bayramov isə Təyyarə biletlərinin qiymətində endirim edilmirsə ən azı Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə quru sərhəddən istifadə imkanının yaradılmalı olduğunu bildirib. Deputat Türkiyədə baş verən zəlzələdən sonra ali məktəblərdə təhsilin onlayn, distant formaya keçdiyini xatırladır və 30 min azərbaycanlı tələbənin qayıdışı üçün quru sərhədlərin açılmasını tələb edib.

Qeyd edək ki, Azərbaycan Respublikası pandemiyanın olmadığı şəraitdə hələ də pandemiya səbəbindən quru sərhədlərini bağlayıb və hərhansı sərnişin daşınması havadan həyata keçir və bu nəqliyyatın da böyük hissəsi AZAL-ın monopoliyasındadır.

 

 

Teqlər