ABŞ konqresmeni Azərbaycanı təhdid etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i397604-abŞ_konqresmeni_azərbaycanı_təhdid_etdi
“Bakı Artsaxın blokadasına görə cavab verməlidir”
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 21, 2023 16:53 Asia/Baku
  • ABŞ konqresmeni Azərbaycanı təhdid etdi

“Bakı Artsaxın blokadasına görə cavab verməlidir”

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Kevin Mellin bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağın blokadasına görə məsuliyyət daşımalıdır.

Konqresmen deyib: “Azərbaycan tərəfindən Artsaxın iki aylıq amansız blokadası 120 min ermənini həyati əhəmiyyətli yardımdan məhrum edən humanitar böhrandır. Ona görə də, Birləşmiş Ştatlar Azərbaycanı məsuliyyətə çağırmalıdır”.

Kevin Mellin Konqresdəki Ermənistan Şurasına üzv olan həmkarlarına qoşulduğunu və ABŞ-ı Əliyevin hərəkətlərini qınamağa çağıran iki-partiyalı qətnaməni dəstəklədiyini qeyd edib.