Rusiya XİN sözçüsü KTMT sülhməramlılarının Ermənistanda yerləşdirilməsini mümkün hesab edir
Mariya Zaxarova: Sülhməramlıların Ermənistana göndərilməsi İrəvənın istəyindən asılıdır
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi bəyan edib ki, KTMT sülhməramlılarının Ermənistanda mümkün yerləşdirilməsi tarixləri erməni tərəfdən asılıdır.
Mariya Zaxarova brifinq zamanı KTMT missiyasının göndərilməsinin mümkünlüyü barədə danışarkən bildirib ki, “top İrəvanın meydançasındadır”.
Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın KTMT sülhməramlılarını qəbul etməkdə davam edən marağından Rusiyanın məmnun olduğu barədə bəyanatını xatırladıb və deyib ki, Moskva bu addımın regionda vəziyyətin sabitləşməsinə töhfə verəcəyinə əmindir. Həm Rusiya, həm də digər müttəfiqlər buna hazırdır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 20-də Moskvada rusiyalı həmkarı ilə birgə mətbuat konfransı zamanı bildirib ki, KTMT missiyasının göndərilməsi ilə bağlı qərar layihəsi müzakirə olunur.