Apr 06, 2023 17:21 Asia/Baku
  • Tayfa rejiminə qarşı media fəallarından biri son həbslərin mahiyyətindən danışdı

Qurban Məmmədov: Məcburi etiraflar almaq sübut sayıla bilməz

SəhərAzəri-nin məlumatına əsasən, “Azəri Fridom” kanalında çalışan müxalifətçi jurnalist Azərbaycandakı son həbslərin mahiyyətini faş etdi.

Qurban Məmmədov çıxışında deyib ki: “Tərtər” işi zamanı bəzi əsgərlər həbs edildikdə etiraf ediblər ki, onlar erməni əsgərləri tərəfindən cinsi təcavüzə məruz qalıblar. Əgər bu ölkədə hərbçilərdən belə etiraflar ala bilirlərsə, "hansısa ölkə mənə sui-qəsd sifariş verib! " etirafını da asanlıqla almaq mümkündür. Lakin televiziyada göstərilən bu cür etiraflar dəlil sayılmır! Qəbul edilməsi dəlil o sənəd sayılar ki, təqsirləndirilən və ya həbs edilən şəxsin əməllərini göstərən sənəd ortaya qoyulsun və hökumət həbs olunan şəxslərlə bağlı belə bir sənədi xalqa təqdim etməyib!”.

 Qurban Məmmədov bildirib ki, günahsız insanların həbsi ölkədə təhlükəli vəziyyət yaradacaq!  Bu hakimiyyət xalqın övladlarına qəsd edir. Tərtər məsələsində Ermənistana casusluq adı altında xalqın övladları öldürüldü, indi də İrana casusluq adı altında adamları həbs edirlər, insanlara yalan danışırlar.

Fazil Mustafanın öldürülməsinə gəlincə, müxalifətçi fəal qeyd edib ki, onu həqiqətən vurduqları heç kəsə məlum deyil! “Xəbərlərdə Fazil Mustafanın həyat yoldaşının müsahibəsini oxudum ki, evin yaxınlığında təcili yardım maşını olub və gülləni tez Fazilin bədənindən çıxarıblar!!  Evinin yanında Fazil Mustafanın güllələnəcəyini təcili yardım bilirdimi?!  Həm də müsahibədə Fazil Mustafanın özünün dediyini eşitdim ki, güllə bədəninə daxil olankən elə həmin vaxt onu bədənindən çıxarıblar!! Görəsən bunlardan hansı doğrudur?”, deyə Qurban Məmmədov söyləyib.

 

Teqlər