Azərbaycanda rusların qəbristanlığı dağıdılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i399284-azərbaycanda_rusların_qəbristanlığı_dağıdılıb
Azərbaycanın Rus icması Zabrat qəbiristanlığındakı hadisə ilə bağlı bəyanat yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2023 13:10 Asia/Baku
  • Azərbaycanda rusların qəbristanlığı dağıdılıb

Azərbaycanın Rus icması Zabrat qəbiristanlığındakı hadisə ilə bağlı bəyanat yayıb.

İcmanın bəyanatında deyilir ki, Azərbaycanın rus icmasına Zabrat-1 və Balaxanı kəndləri arasında yerləşən Zabrat qəbiristanlığında vəziyyətlə bağlı bir neçə müraciət daxil olub.

“Şahidlərin təqdim etdikləri vandalizm aktlarını əks etdirən fotoşəkillərdə dağıdılmış və aşmış məzar daşları olan qəbirlər görünüb. Bundan başqa qohumlar tərəfindən əkilən ağaclar, kollar və hasar sındırılıb.

Azərbaycanın rus icması baş verənlərin sadəcə olaraq hiddət doğurduğunu bildirib, törədilmiş vandalizm aktını qətiyyətlə pisləyib.

Azərbaycan Respublikasında ruslara məxsus qəbirstanlığın dağıdılmasından dərhal sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dağıdılan məzar daşlarının yenidən bərpa olunmasına göstəriş verildiyi deyilir.

Həmçinin bildirilib ki, baş prokurorun birinci müavini Elçin Məmmədov da dərhal Rus İcmasının sədri, deputat Mixail Zabelinlə əlaqə saxlayıb və qəbiristanlıqda baş verən vandalizm aktları ilə bağlı bütün hadisələrin araşdırılması üçün istintaq qrupunun yaradılması barədə göstərişin verildiyini bildirib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi hələlik rus qəbrlərinə edilən hücumla bağlı hərhansı fakt aşkar edə bilməyib.