Apr 24, 2023 11:24 Asia/Baku
  • “Sərhəddə nəzarət Rusiya sülhməramlıları ilə əlaqələndiriləcək”

Azərbaycan Xarici İşlər Nazirliyi Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı bəyanat yayıb.

SəhərAzəri-nin məlumatına görə, bəyanatda deyilir: “Azərbaycan hökuməti, Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib”.

Azərbaycan XİN bildirib ki, yoldan minaların daşınaraq sonradan Azərbaycan Respublikasının suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlar doğurur. Belə ki, müharibənin sonundan etibarən 294 nəfər azərbaycanlı mina qurbanı olub”.

Qeyd olunur ki, təhdidlər və təxribatlar nəzərə alınaraq, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və beləliklə, hərəkətin təhlükəsizliyini təmin edəcəkdir.

Sənəddə o da deyilir ki, nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək.

 

 

Teqlər