May 12, 2023 13:06 Asia/Baku
  • Kılıçdaroğlu Bakının “İpək Yolu”nun bərpası layihəsindəki roluna məhəl qoymayıb

Azərbaycan Respublikası bu məsələyə sərt reaksiya verib.

Mənim ən böyük həyat layihəm, “İpək Yolu”nun bərpasıdır. Bunu, Türkiyədə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu vurğulayıb və Azərbaycan Respublikasının bu layihədəki roluna məhəl qoymayıbdır

Azərbaycan Respublikası parlamentinin üzvü Hikmət Babaoğlu Anadolu informasiya agentliyi ilə müsahibədə bildirib ki: Dövlətlər arasındakı əlaqələr milli maraqlar və sabitlik əsasında davam etməlidir. Türkiyə-Azərbaycan əlaqələri “bir millət, iki dövlət” əsasında qurulub. Nəticədə Türkiyənin Azərbaycanın ən yaxın müttəfiqi olmasına görə, hökumət təşkil etmək iddiasında olan bir siyasətçinin Azərbaycanın “İpək Yolu”nun bərpasındakı roluna göz yumması, qəbuledilməzdir. Bu fikir tərzi türk dünyasının və Türkiyənin xeyrinə olmayacaq və bu, Türkiyənin güclənməsini istəməyən imperialistlərin mövqelərinə yaxın bir mövqedir. Türkiyə və Azərbaycanın işğala son qoymaq, regional sülh, ədalət və haqqın təmini istiqamətindəki əməkdaşlığı, beynəlxalq əlaqələr üzrə mürəkkəb şəraitdə böyük əhəmiyyət kəsb edir. Türkiyə-Azərbaycan ittifaqı/ əraziləri işğal edilmiş və zülm altında olan xalqların ümid mənşəyidir. Təəssüflər olsun ki, Kamal Kılıçdaroğlunun baxışı bu prosesə ziddir və onu Türkiyə xalqının məsləhətinə həvalə edirəm. Bir neçə gün sonra Türkiyə seçkiləri keçiriləcək və əminəm ki, Türkiyə xalqı müxtəlif baxışları araşdıracaq və səs verəcəkdir.

 

Vüqar Bayramov da bildiribdir ki, Kamal Kılıçdaroğlunun sözügedən layihəni “Türk yolu” layihəsi adlandırması reallıqdan uzaqdır. Zira bu yol Azərbaycan Respublikası ərazisindən keçməyəcək. Bu layihənin xərci çox yuxarıdır və əgər icra edilsə belə, orta dəhliz kimi qısa, azxərcli və çox mənfəətli olmayacaqdır. Bu layihə İrandan keçəcək və nəzərə almaq lazımdır ki, İran Avropanın sanksiyaları altındadır.

 

Vüqar Bayramov həmçinin social şəbəkədəki şəxsi hesabında bildirib ki: Azərbaycan olmadan, “türk yolu” ola bilməz. Türk dünyası müxtəlif yollar vasitəsi ilə deyil, məhz Zəngəzur dəhlizi vasitəsilə müttəfiq olacaqdır.

Azərbaycan Respublikası parlamentinin digər bir üzvü- Bəhruz Məhərrəmov da social şəbəkədəki şəxsi hesabında reaksiya göstərib və belə deyib: Qərbin iradəsinin nümayəndəsi olan müxalifət koalisiyasının rəhbəri Kılıçdaroğlu türk dünyasının böyük amallarını məhv etmək vədini verir. Bu, geriyə dönüş və Türkiyəni zəiflətmək deməkdir. Bu təhlükəli ssenarinin qarşısını almaq üzrə yeganə yol və Türkiyənin yüksəliş dövrünün davam etməsi üzrə yeganə şərait, Türkiyənin hərbi, iqtisadi və siyasi müstəqilliyinə zəmanət verən və bu ölkənin milli iradəsinin nümayəndəsi olan Ərdoğanın qələbəsidir.

KILIÇDAROĞLU BAKININ “İPƏK YOLU” LAYİHƏSİNDƏKİ ROLUNA MƏHƏL QOYMAYIB

 

Teqlər