Azərbaycan rəsmisi sionist herzliya konfransında
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini sionist rejimin təhlükəsizlik mülahizələri və “dövlət” siyasətini araşdıran Herzliya konfransında iştirak edib.
SəhərAzəri-nin məlumatına görə, Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev mayın 21-25-də işğal olunçmuş Fələstində işgüzar səfərdə olub.
Azərbaycan Respublikası XİN-in gecikmiş məlumatında Onun, Herzliya konfransında iştirak etdiyi, işğalçı sionist rejmin bir sıra vəzifəli adamları və QHT-ləri ilə görüşlər keçirdiyi bildirilir.
Qəsbkar sionist rejimin geniş miqyasda təhlükəsizliyinin təminini qarşıya məqsəd qoymuş Herzliya konfransında “Azərbaycan-İsrail strateji əlaqələri” mövzusunda çıxış edən Rzayev konfrans iştirakçılarına Azərbaycan-İsrail münasibətləri, regional problemlər, strateji enerji və nəqliyyat layihələri barədə məlumat verib.
Səfər çərçivəsində Rzayev sionist rejimin Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi və Avrasiya departamentinin rəhbəri Simona Halperin ilə də görüşüb.
Azərbaycan XİN-in məlumatında bildirilir ki, görüşlər zamanı münaqişədən sonrakı dövrdə regionda vəziyyət, regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində görülən tədbirlər müzakirə olunub.
Herzliya Konfransı 2000-ci ildə yaradıldı və hər il sionist rejimin siyasi, təhlükəsizlik, kəşfiyyat və iqtisadiyyat sahəsində ən yüksək mütəxəssislərini bir yerə toplayır. “Yəhud dünyası”-nın məsələlərinin araşdırılması adı altında digər ölkələrdə yaşayan yəhudi azlıqlarını sionist rejimin piyada qoşunlarına çevirməyə yol açmaq da bu konfransın məqsədlərinə daxildir.