Azərbaycanın güzəştli enerjisindən Pakistan da pay götürəcək
İyun 16, 2023 14:47 Asia/Baku
Azərbaycan iyul ayından başlayaraq Pakistana güzəştli qiymətlərlə mayeləşdirilmiş təbii qaz (MTQ) tədarük etməyə başlayacaq.
Cümə günü Pakistanın baş naziri Şahbaz Şərifin ofisinin yaydığı bəyanatda deyilir ki, Azərbaycandan güzəştli MTQ tədarükü barədə razılaşman Pakistan Dövlət Neft Şirkəti (PSO) ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında bağlanmış müqavilə əsasında həyata keçiriləcək. Sənəd Pakistan hökuməti başçısının iyunun 15-də başa çatan Bakıya iki günlük rəsmi səfəri zamanı açıqlanıb.
"Azərbaycandan MTQ idxalına başlanması bu ay Rusiyadan neftin ilk partiyasını aldıqdan sonra Pakistanın enerji ehtiyaclarını ödəməkdə əldə etdiyi ikinci böyük nailiyyət olub", - deyə ofisdən bildirilib.