İyun 21, 2023 18:01 Asia/Baku
  • Söyüdlü kəndinin köçmək məcburiyyətində qalan sakinləri etiraz edib

Söyüdlü kəndində etiraz aksiyasının dağıdılması zamanı 10-a yaxın yerli sakin xəsarət alıb, daha 6 nəfər saxlanılıb. Bu barədə Turan xəbər agentliyi yerli sakin Sürəyya Əliyevaya istinadla məlumat verib.

Məlumatda deyilir ki, qızıl mədəninin turşu tərkibli sularının örüş torpaqlarında qurulmuş gölməçəyə axıdılmasının ekologiyanı pozması, sakinlər arasında xəstəliklərin yaranmasına səbəb olması ilə bağlı rəsmi qurumlara dəfələrlə şikayətlər edilib.

“Artıq kimyəvi tərkibli suların toplandığı bir göl dolub. İndi kəndin on metrliyinə ikinci göl qurmaq istəyrilər. Bu göllər kəndin örüş sahələrində qurulur. Yaşamaq mümkün deyil. Kənd sakinləri gölün qurulmasına etiraz edir. Bu zaman polis güc tətbiq etdi, gözyaşardıcı qazdan istifadə etdi. Kənd sakinləri arasında on nəfərədək xəsarət alan var.  6 nəfər polis təırəfindən saxlanılıb. Bir qadın da xəsarət alıb. Onun bədənində, üzündə şişlər var. Əraziyə təcili tibbi yardım gəldi, xəsarət alanlara tibbi yardım göstərildi”, Kənd sakini deyib.

Daxili İşlər Nazirliyi isə dünən bir bəyanat yayarq Gədəbəy rayonu Söyüdlü kəndi ərazisində inşa olunan süni gölü qanuni kənd sakinlərinin bu göl ücbatından kəndi tərk etməli olduqlarına görə etdikləri etiraz aksiyasınaı qeyri-qanuni adlandırıb. 

DİN-in mətbuat xidmətindən bildirilib ki, kənd sakinlərinə dəfələrlə xəbərdarlıq edilməsinə, baxmayaraq, onlar qeyd olunan əraziyə toplaşıblar.

Bəyanatda polisin kənd sakinlərinin ölüm-dirim mücadiləsinə qarşı repressive metodlarının da qanuni olduğunu vurğulanıb və etirazçıların polisin bu “qanuni” repressiyasına tabe olmamalarını “polis əməkdaşlarına qarşı müqavimət”-ə cəhd adlandırıb.

Bəyanatda ictimaiyyətdə geniş tənqidlərə səbəb olmuş polisin bir qadına gözyaşardıcı qaz tətbiq etməsi ilə bağlı yayılan videoya isə belə münasibət bildirilib.

DİN-in bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub. Həmin fakt üzrə xidməti yoxlama aparılır.

Məlumatda  vətəndaşların etirazının səbəbləri göstərilmir.

Sosial şəbəkələrdə yayılan məlumata görə, etiraz aksiyası vətəndaşların kəndin yaxınlığında yerləşən qızıl yatağının işlənməsi zamanı zərərli maddələr olan tullantıların su anbarına axmasından narahatlıqları  ilə əlaqədar keçirilib.

Bildirilir ki, belə bir su anbarı artıq dolmuşdur və indi kəndin örüş sahələrində daha bir süni göl qurulur.

Teqlər