İyun 24, 2023 09:31 Asia/Baku
  • Gədəbəydə informasiya blokadası tətbiq olunub

Ailə rejimi polisin Söyüdlü kənd sakinlərinə divan tutmasını gizlədərək informasiyanın sərbəst yayılmasını əngəlləyir.

Sosial şəbəkələrdə ictimai fəallar məlumat yayıblar ki, Gədəbəy hadisələrindən reportaj hazırlayan jurnalist Elməddin Şamilzadə saxlanılıb.

Elməddin Şamilzadə “Facebook” hesabında “işgəncə” deyə son xəbərdarlıq postu paylaşıb. Bir neçə dəqiqədən sonra həmin post silinib, özü ilə əlaqə saxlamaq mümkün olmayıb.

Gədəbəy hadisələrində polisi tənqid edən ictimai fəal, NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasov isə Sumqayıt Şəhər Məhkəməsinin qərarıyla 20 sutka müddətinə inzibati qaydada həbs olunub.

Bildirilir ki, Elmir Abbasov Gədəbəy hadisələrindən sonra polisi tənqid edən status yazdığına görə həbs olunub.

Bu arada azərbaycanlı müxalif blogger Manaf Cəlilzadə xəbər verib ki, Gədəbəydə jurnalistlər Nigar Mübariz, Elsevər Muradzadə və Nərgiz Absalamova polis tərəfindən ağır döyülüb.

O sonra jurnalistləri müdafiə edən Qərb təşkilatlarını və hüquq müdafiəçilərini də susduqlarına xatir qınayıb.

“Əliyev Avropaya qaz satdığı üçün istədiyini edir. Qeyd edim ki, Gədəbəydə Əliyevlər ailəsinə məxsus qızıl yataqları var. Bu qızıl yataqlarında sianid istifadəsi nəticəsində aylar ərzində 20-dən çox insan həlak olub. Əliyevlər ailəsi uşaq və qadınların sianiddən zəhərlənərək ölməsi ilə maraqlanmır”, – deyə blogger əlavə edib.

Teqlər