Azərbaycanla Fransa arasında soyuq savaş yeni mərhələyə keçdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i404152-azərbaycanla_fransa_arasında_soyuq_savaş_yeni_mərhələyə_keçdi
Parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırır
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 04, 2023 16:30 Asia/Baku
  • Azərbaycanla Fransa arasında soyuq savaş yeni mərhələyə keçdi

Parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırır

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırır.

Bu barədə işçi qrupunun rəhbəri Soltan Məmmədov məlumat verib.

Soltan Məmmədov deyib: “Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Fransanın Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinin və işçi qrupu ilə əlaqələrinin dayandırılması barədə məlumatı təəssüf hissi ilə qarşılayır. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu qeyd olunan məlumatı nəzərə alaraq, Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırır”.