Okt 22, 2023 16:23 Asia/Baku
  • Mənbəsi çirkab olan 10 illik “Axar”

Azərbaycan respublikasının mətbuatının cinayətkar sionist mikrofonu olması artıq son illərdə heç kəsə gizlin qalmadı. Bunu hər bir insaflı və ədalətli şəxs sadəcə xəbərləri dinləyərək eşitdiyi sözlərin kimin mənafeinə xidmət etdiyini yaxşı başa düşə bilər.

Müxtəlif xəbər saytları və məlumat portalları, onlarca kanalların fəaliyyət etməsində Azərbaycan hakimiyyətinin quçaq açdığı müsəlman qatilləri, yəni sionist rejiminin muzdurlarının bu mətbuat orqanlarına əl qoyduğu, onların sifarişi ilə işlədiyinin şahidi oluruq. Bu, elə bir şəraitdə baş verir ki, dünyada dolğun, apaçıq verilən xəbərlər kirlədilərək insanlara yeridilir. Belə bir azğın və hər bir xəbərində cinayətkar sionist rejiminin qanlı əlləri dəymiş məlumatları yayan saytlardan biri də “Axar.az” saytıdır.Yazılarının heç birində insafa riayət edilməyən, sırf İslam əleyhinə təbliğatların aparıldığı, heç bir dini müqəddəslərin tanıdılmadığı, əksinə, dini dəyərlərin daim tapdalandığı bu xəbər saytı təkcə Azərbaycan mətbuatını qanlı caynaqları altına almış sionistə xidmət edən bir nümünə kimi göstərə bilərik.Peşə fəaliyyətində heç bir qaydaların tanınmaması, sionsit qatillərinin sözünün əsl reklam çarxlarına çevrildiyi bu sayt artıq 10 illiyini qeyd edir. Bu on illik fəaliyyətdə həmişə çirkab suları axan bu “Axar”-ın mənbəsinin nə qədər bataqlıq olduğunu görmək heç də çətin deyil.

Teqlər