Rəsmi Bakı İrəvanın sülh gündəliyinə iradını bildirdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i405737-rəsmi_bakı_İrəvanın_sülh_gündəliyinə_iradını_bildirdi
Hikmət Hacıyev: Barışın kökləri Vaşinqtonda yox, regiondadır
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 22, 2023 08:04 Asia/Baku
  • Rəsmi Bakı İrəvanın sülh gündəliyinə iradını bildirdi

Hikmət Hacıyev: Barışın kökləri Vaşinqtonda yox, regiondadır

Azərbaycan prezidentinin köməkçisi bəyan edib ki, Ermənistan barışın köklərini regionda axtarmalıdır.

Hikmət Hacıyev deyib: “Azərbaycan dəfələrlə bildirib ki, Ermənistan tərəfindən xoş niyyət göstərilərsə, sülh müqaviləsinin imzalanmasında hansısa maneə yoxdur. Ancaq Ermənistan anlamalıdır ki, barışın kökləri Vaşinqtonda yox, regiondadır”.

Onun sözlərinə görə, yaxın gələcəkdə sülhün görünüb-görünməməsi ilə bağlı bir şey demək çətindir. Üçüncü tərəfləri regiona daşımaqdansa, iki tərəf arasındakı danışıqları irəli aparmaq lazımdır. Ermənistan regionda pozitiv gündəmlə çıxış edəcəyi təqdirdə münasibətlər, təbii ki, normallaşa bilər.