“4 kənd qeyd-şərtsiz qaytarılmalıdır!”
https://azeri.sahartv.ir/news/azərbaycan-i407422-4_kənd_qeyd_şərtsiz_qaytarılmalıdır!
İlham Əliyev yerli telekanallarla müsahibəsində Ermənistana qarşı rəsmən ərazi iddiası irəli sürüb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Yan 11, 2024 10:20 Asia/Baku
  • “4 kənd qeyd-şərtsiz qaytarılmalıdır!”

İlham Əliyev yerli telekanallarla müsahibəsində Ermənistana qarşı rəsmən ərazi iddiası irəli sürüb.

İ.Əliyev bu barədə deyib: “İşğal altında olan kəndlər haqqında bizim təklifimiz çox məntiqlidir. Orada Qazax rayonunun anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav deyil – 4 kənddir – onlar Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklavdır – Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir – bununla bağlı ayrıca ekspert qrupu yaradılmalıdır və bu, müzakirə edilməlidir”.

Azərbaycan Respublikasının prezidenti qeyd edib ki, bütün anklavlar qaytarılmalıdır, bu anklavlara gedən yollara şərait yaradılmalıdır və bu anklavlara oranın sakinləri yerləşdirilməlidir.

O, həmçinin Ermənistanın cənubunda Sünik rayonundan keçən nəqliyyat marşrutunun açılıb-açılmamasına da münasibət bildirib.

“Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir, əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”, - deyə Əliyev vurğulayıb.