Ayxan Hacızadə:
“Sülhməramlıların qalma müddəti 2025-də bitir”
Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ayxan Hacızadə Rusiyanın Bakıdakı səfirinin "İzvestiya" qəzetinə son müsahibəsində səsləndirdiyi fikirlərini şərh edərkən deyib.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Evdokimov “İzvestiya” qəzetinə müsahibəsində demişdi ki, Sitat: “Sülhməramlı kontingentimizlə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır”.
Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanata istinadla Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan Respublikasında qalma müddətinin 2025-ci ildə yekunlaşdığını bildirib.
“Azərbaycan tərəfindən ötən il bölgədə həyata keçirilmiş antiterror tədbirlərindən sonra sülhməramlı kontingentin gündəlik fəaliyyəti, onların müxtəlif ehtiyacları ilə bağlı mütəmadi görüşlər keçirilməsi və müzakirələ aparılması ehtiyacı yaranıb”,- Ayxan Hacızadə deyib.
“Bununla yanaşı, sülhməramlıların yerləşdiyi ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən son 3 il ərzində genişmiqyaslı minalanma fəaliyyəti aparıldığı və ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur”, - Ayxan Hacızadə fikrini yekunlaşdırıb.