Rəsmi Bakı işğalçı İsrailə neft tədarükünü daha da artırır
Yanvar ayında bu rejimə yarım milyon tondan çox neft ixrac edilib - AKTUAL
Dünya xalqlarının çağırışlarına rəğmən rəsmi Bakı işğalçı İsrailə neft tədarükünü daha da artırıb.
Bu məlumata əsasən, Azərbaycanın yanvar ayında neft ixrac etdiyi ölkələrin siyahısı açıqlanıb. Belə ki, keçən ay bu ölkədən qaniçən İsrail rejiminə 297 milyon ABŞ dolları dəyərində yarım milyon tondan çox neft ixrac edilib.
Bununla da İsrail Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Ümumi neft ixracında ikinci yerdə 189 min ton neftlə Tailand qərarlaşıb.
Siyahıda üçüncü yeri İtaliya tutur. Bu ölkə adətən birinci yerdə qərarlaşırdı və yanvar ayı öz yerini xunta rejiminə verib.
Xatırladaq ki, bir müddət əvvəl israilli ravvin Mixail Finkel müharibə günlərində Bakı neftinin tədarükünə görə Azərbaycan hakimiyyətinə təşəkkür edib.
Finkel vurğulayıb: “Bakı nefti sayəsində Merkava tankları hərəkət edir və İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Qəzzə zolağında müsəlmanları bombalamaq üçün uçur”.
Qəzzədə müharibənin başlaması ilə müsəlmanların və dünyadakı bütün azadlıqsevərlərin ciddi tələblərindən biri müxtəlif ölkələrin enerji ixracatının xunta rejiminə kəsilməsi olub.
İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei noyabrın əvvəllərində Fələstin məsələsinə toxunaraq demişdir ki, sionist rejimə neftin ixrac yolları bağlanmalıdır və İslam hökumətləri sionist rejimlə iqtisadi əməkdaşlıq etməməlidir.