Toyda camaat namazı
Sosial şəbəkə istifadəçilərinin buna münasibəti necədir?
Son günlər Azərbaycan Respublikasında bir şadlıq sarayında toy mərasimi zamanı camaat namazının qılındığını əks etridən videogörüntülər sosial şəbəkədə müzakirəyə çevrilib.
Toy mərasiminin sahibi Oqtay Quliyev hadisəyə münasibət bildirərkən deyib ki, o toyu Azərbaycanın milli adət-ənənələrinə uyğun olaraq təşkil edib, digər toylardan fərqlı olaraq içki və rəqs olmayıb. İnsanların şadlıq sarayının əsas zalında camaat namazının qılınmasının isə onun razılığı olmadan baş verdiyini deyib: “Düzdür, namaz vaxtında qılınmalıdır, ancaq bəzi məqamlarda şəraiti nəzərə almaq lazımdır. Bura toydur”, – mərasimin sahibi qeyd edib.
Sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti isə “toyda camaat namazı qılmaq olmaz deyənlərin fikri ilə razılaşmır”
"Gərək bir iki nəfər mahnı üstündə bıçaqlansın, yarı çılpaq qadınlar ortalıqda oynasın, kişilər də içsin zəhərdən ağızlarını ayırıb baxsınlar, haramdan yesinlər, o qədər anormallıq gormusunuz ki, normal 1şeylər görəndə təəccublənirsiniz”- Bətul adlı xanım facebook şərhində yazıb.
“Əvvəla onu deyim ki,namaz qılmaq iki yerdə qadağandır , biri murdar yerdə,biri də qəbirstanlıqda.Toy olan yer isə nə murdar yerdir,nə də qəbirstanlıqdı.Toyda içki və musiqi yoxdusa nə problem var ki namaz qılmaqda.Toyda içib düşüklük etmək olar amma namaz qılmaq olmaz !?” İmaməli adlı facbook istifadəçisi yazıb.
Saday adlı başqa bir facebook istifadəçisi isə belə yazır:
“Arvadlarının beli yuxarıdan düz aşağıya açıq, ombası çöldə qalan, içib açarını itirən, başüasının namusuna toxunulan hadisələr bu millətin vecinə deyil. Di gəl ki, namaz qılıblar deyə el aləm girib bir birinə. Məsələ inanıb inanmamaq deyil,məsələ o tolerantlıq deyib başımızı xarab etdiyiniz şeydir. Bir xristianın, yəhudinin toyu olsa və orda hər hansı dini ayin yerinə yetirilsə adım kimi əminəm ki, heç kimin vecinə olmayacaq. Axı burda gündəm edilib, xəbər səviyyəsinə çıxarılacaq nə var?”
İlahə adlı başqa bir xanım isə belə bir şərh qoyub:
“Bu qədər gərgin hadisələrin fonunda, bu qədər iyrənc videoların əlindən psix olduğumuz dönəmdə bu video elə qəşəng oldu ki. Çox qəşəng və ürək açıcı paylaşımdır. Şükür ilahi!”