Azərbaycan Respublikasında biləsuvarlı Şeyx Molla Əhmədin oğlu Kərbəlayi Hüseynin saxlanıldığı bildirilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i408820-azərbaycan_respublikasında_biləsuvarlı_Şeyx_molla_Əhmədin_oğlu_kərbəlayi_hüseynin_saxlanıldığı_bildirilir
Azərbaycan Respublikası təhlükəsizlik qurumlarını təmsil etdiyi deyilən MOUZE telegram kanalı bu barədə məlumat verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2024 14:49 Asia/Baku
  • Azərbaycan Respublikasında biləsuvarlı Şeyx Molla Əhmədin oğlu Kərbəlayi Hüseynin saxlanıldığı bildirilir

Azərbaycan Respublikası təhlükəsizlik qurumlarını təmsil etdiyi deyilən MOUZE telegram kanalı bu barədə məlumat verib.

Sözü gedən telekanal saxlanılma səbəbinin İrana casusluq olduğunu iddia edib.

Qeyd edək ki, İrana casusluq ittihamı ilə həbs xəbərlərini həmişə sözü gedən telegram kanalı verir. Hal bu ki, iddia olunan ittiham milli təhlükəsizlik məsələsi olduğuna görə bu barədə Dövlət Təhlükəsizlik Xidməti rəsmi məlumat verməlidir. Ancaq görünən budur ki, nədənsə DTX bu barədə məsuliyyət qəbul etmək istəmir.