Berlində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş baş tutdu
Almaniya sülh danışıqlarının yekunlaşmasında maraqlıdır
Almaniyanın xarici işlər naziri Annalena Berbokun fevralın 28-də Berlində erməni və azərbaycanlı həmkarları Ararat Mirzoyan və Ceyhun Bayramovla görüşüb.
Almaniyanın xarici işlər naziri Annalena Berbok bu görüşdə bildirib ki, Almaniya normallaşma istiqamətində hər iki tərəfi dəstəkləməyə davam etmək niyyətindədir.
O, hər iki ölkənin böyük əzab və insan itkiləri ilə dolu keçmişi geridə qoymaq üçün atdığı cəsarətli addımlardan danışıb.
Nazir əlavə edib ki, Azərbaycan və Ermənistan liderləri qalan problemlərin sülh yolu ilə həllinə razılaşıblar və Almaniya iki ölkə arasında danışıqlara ev sahibliyi etməklə, hər iki ölkənin səylərini dəstəkləməkdə qərarlıdır.
Onun sözlərunə görə, Almaniya Ermənistan və Azərbaycan arasında həll edilməmiş məsələlərin sülh yolu ilə və güc tətbiq edilmədən həllini təmin etməyə sadiqdir. Bu məqsədlə iki ölkə arasında sülh danışıqlarının tez bir zamanda yekunlaşması vacibdir.
C.Bayramov isə Almaniyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqların təşkilində göstərdiyi dəstəyə və təşəbbüsə görə təşəkkür bildirilib.
Məlumata görə, Ceyhun Bayramov bununla yanaşı Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə Azərbaycana qarşı irəli sürülən ərazi iddialarının, qeyri-konstruktiv mövqe və ritorikasının davam etdirməsinin qəbuledilməz olduğu vurğulayıb.
Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyada hökumət üzvləri ilə sual-cavab iclasında deyib ki, Ermənistan Almaniyanın Qranadada keçirilən dördtərəfli görüşün iştirakçısı olduğunu və üç mühüm prinsipi imzaladığını nəzərə alaraq, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almaniyada görüşünün keçirilməsinə razılıq verib.