“Qarabağ ermənilərinin təhlükəsiz qayıdışına zəmanət verilməlidir!”
https://azeri.sahartv.ir/news/azərbaycan-i408871-qarabağ_ermənilərinin_təhlükəsiz_qayıdışına_zəmanət_verilməlidir!
Avropa Parlamenti Azərbaycan Respublikasını güclü təminat altında erməni əhalisinin Qarabağa təhlükəsiz qayıtmasını təmin etməyə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2024 04:19 Asia/Baku
  • “Qarabağ ermənilərinin təhlükəsiz qayıdışına zəmanət verilməlidir!”

Avropa Parlamenti Azərbaycan Respublikasını güclü təminat altında erməni əhalisinin Qarabağa təhlükəsiz qayıtmasını təmin etməyə çağırıb.

Bu məlumata əsasən, Avropa Parlamenti xarici siyasət və Avropa İttifaqının təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı hesabat qəbul edib.

Hesabatda Azərbaycan Qarabağ ermənilərinə qarşı əvvəlcədən planlaşdırılan və əsassız hücum etməkdə ittiham olunur. Sonra Azərbaycan hakimiyyətindən istənilir ki, güclü təminat altında erməni əhalisinin Qarabağa təhlükəsiz qayıtmasına imkan versin.

Bundan əlaqvə xarici və təhlükəsizlik siyasəti üzrə illik hesabatda erməni mədəni, tarixi və dini irsinin qorunmasının vacibliyi vurğulanır, onların YUNESKO standartlarına və Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq onların mühafizəsi tələb olunur.

Avropa Parlamentinin deputatları hesabatda qeyd ediblər ki, Azərbaycan və Ermənistan arasında real dialoq irəliləyiş üçün yeganə davamlı yoldur və hər iki ölkənin suverenliyini qoruyan və ərazi bütövlüyü sabitliyin ilkin şərtidir.

Hesabatda xəbərdarlıq edilir ki, güc tətbiq etməklə və qonşu ölkələrin ərazi bütövlüyünü pozmaqla məqsədlərə nail olmaq üçün istənilən cəhd Aİ və beynəlxalq ictimaiyyət tərəfindən qəti cavab almalıdır.

Sənəddə Aİ-nin Azərbaycanla münasibətlərinə də toxunulur və qeyd edilir ki, ikitərəfli əlaqələrin dərinləşməsi Azərbaycanın qanun aliliyi, demokratiya və əsas azadlıqlar, o cümlədən etnik azlıqların müdafiəsi ilə bağlı mühüm irəliləyiş əldə etməsi ilə şərtlənməlidir.

Qəbul edilmiş hesabat Nikol Paşinyanın Ermənistanın Azərbaycanla yeni müharibəyə cəlb olunmayacağı ilə bağlı bəyanatını və son zamanlar Azərbaycanla sülh danışıqlarını ən yüksək səviyyədə bərpa etməyə dair çağırışlarını yüksək qiymətləndirir. Bununla yanaşı sözü gedən sənəddə Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsi də alqışlanır.