Bu gün tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatının ildönümü günüdür.
https://azeri.sahartv.ir/news/azərbaycan-i408955-bu_gün_tanınmış_ilahiyyatçı_hacı_Şahin_həsənlinin_vəfatının_ildönümü_günüdür.
Hacı Şahin Həsənli 2023-cü il mart ayının 2-də 48 yaşında vəfat edib.
(last modified 2024-03-02T08:54:15+00:00 )
Mart 02, 2024 12:53 Asia/Baku
  • Bu gün tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatının ildönümü günüdür.

Hacı Şahin Həsənli 2023-cü il mart ayının 2-də 48 yaşında vəfat edib.

Ruhani 1991-ci ildən başlayaraq fərdi qaydada dini təhsil almağa başlayıb. 1992-ci ildə isə, Bakı şəhəri Yasamal rayonunda yerləşən “Hüseyniyyə” adlı kiçik ibadət evində ruhani fəaliyyətinə başlayıb. 2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidində imam-camaat olub.

  2013-cü ildə “Məşədi Dadaş” məscidinə axund, 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyəli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub.

 Hacı Şahin dini fəaliyyətləri dönəmində Əhli-Beyt maarifinin nəşrinə xüsusi diqqət ayırdı və təkfirçilik ideyaları ilə qarşılaşmada fəal rol oynadı. O, bəzi qərəzli qüvvələr tərəfindən anti-İran mövqeyi sərgiləməyə sövq edilsə də, daha çox insaf və ədalət dairəsindən kənara çıxmadı.