Mart 12, 2024 14:57 Asia/Baku
  • Amerikan komitə “Toplum TV”-ni dəstəklədi

Martın 11-də Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi “Toplum” TV-nin əməkdaşlarının saxlanması və həbsilə bağlı bəyanat yayıb.

“Abzas Media” və “Kanal-13”-ə oxşar hücumlardan sonra “Toplum TV”-yə reyd və jurnalistlərinin həbsi göstərir ki, Azərbaycan hakimiyyəti ölkənin müstəqil mətbuatının son qalıqlarını silmək niyyətindədir.” Komitənin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib.

"Azərbaycan hakimiyyəti Məmmədli və Cabbarı dərhal azad etməli, “Toplum” TV-nin əməkdaşlarının üzərindən bütün ittihamları götürməli və öz reportajlarına görə müstəqil KİV-qarşı repressiyalara son qoymalıdır", - o əlavə edib.

Bildirilir ki, “Toplum” TV Azərbaycanda siyasi mövzuları, məmurlar arasında korrupsiya ilə bağlı araşdırmaları və fevralda prezident seçkilərində səsvermə zamanı pozuntularla bağlı ittihamları işıqlandıran əhəmiyyətli müstəqil KİV-dən biridir.

Bu, Azərbaycanın Qərblə münasibətlərinin pisləşməsi fonunda son aylarda valyuta qaçaqmalçılığında ittiham olunan üçüncü müstəqil xəbər nəşridir.

Həm də korrupsiya əleyhinə araşdırmalar aparan  “Abzas Media” nəşrinin altı əməkdaşı və “Kanal 13” İnternet-televiziyanın iki jurnalisti noyabrda saxlanılıb. Hakimiyyət onları Qərb donorlarından aldıqları qanunsuz pulu Azərbaycana gətirməkdə günahlandırıllb, Komitənin bəyanatında  deyilir.

Azərbaycan hakimiyyəti “Toplum” TV-ni Qərb tərəfindən qanunsuz maliyyələşməsində açıq şəkildə ittiham etməyib, lakin hakimiyyətyönlü APA agentliyi bildirib ki, “Toplum” TV iğtişaşları qızışdırmaq üçün Qərb donorlarından qanunsuz olaraq yarım milyon dollar alıb".