Mart 12, 2024 20:16 Asia/Baku
  • Qazaxıstan prezidenti Azərbaycana səfər edib

Bu gün Qazaxıstan prezidenti Azərbaycan Respublikasına rəsmi səfər edib.

Bakıda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikası prezidenti ilə görüşündən sonra iki ölkənin Ali Dövlətlərarası Şurasının iclası keçirilib.

Prezidentlərin iştirakı ilə iki ölkə rəsmiləri arasında imzalanma mərasimindən sonra prezidetlər mətbuata açıqlama veriblər.

Qazaxıstan Prezidentinin bu gün Azərbaycan Respublikasına səfərində həmçinin prezidentlər Çinin Siyan terminalından Bakının Abşeron Stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər.

Kasım-Jomart Tokayev İlham Əliyevlə birgə Şuşaya və Füzuliyə də səfər ediblər.