Mart 13, 2024 17:49 Asia/Baku
  • Azərbaycanda şiə ruhanisinə qarşı təzyiq artır

Şeyx Sərdar qapalı tipli cəzaçəkmə rejiminə keçiriləcək

47 gündür köçürüldüyü 7 saylı CÇM-də karserdə saxlanılan ilahiyyatçı Şeyx Sərdar Hacıhəsənli qapalı tipli cəzaçəkmə rejiminə keçiriləcək.

Bu barədə məlumatı ruhaninin vəkili Elçin Sadıqov bildirib. Sosial media üzərindən paylaşım edən vəkil bildirib ki, martın 12-də 7 saylı müəssisədə Şeyx Sərdarla görüşüb. Görüş zamanı Şeyx Sərdar bildirib ki, 04 mart 2024-cü il tarixdə onun məhkəməsi baş tutub və barəsində bir il müdətinə qapalı tipli cəzaçəkmə rejiminə keçirilməsi qərarı qəbul edilib.

Qərarla bağlı apellyasiya verəcəyini bildirən vəkil, Şeyx Sərdarla bağlı davranışları da təhqid edib.

Xatırladaq ki, ötən il sentyabrın 27-də hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilmiş məhkəmə iclasında Şeyx Sərdar Hacıhəsənliyə 17 il həbs cəzası verilib.

 

Teqlər