Mart 14, 2024 13:34 Asia/Baku
  • Ərəstun Oruclu: Bu, Azərbaycanın nəyinə lazımdır? - AKTUAL

Azərbaycanlı politoloq sionist İsrail rejimindən yeni hərbi sistemin satın alınmasını sual altında qoydu.

Ərəstun Oruclu feysbuk üzərindən yaydığı palaşımında yazır: “Bir şey aydın deyil ki, belə bir sistem "Dəmir qübbə", "Barak-8" və S-300 hava hücumundan müdafiə sistemlərinə malik olan Azərbaycanın nəyinə lazımdır?”

Xatırladaq ki, dünya mediasında Azərbaycan Respublikasının sionist İsraildən "Səma şehi" adlanan hava hücumu aşkarlama (Sky Dew aerial detection system) sistemi alacağı bildirilir. Birgə ABŞ-İsrail istehsalı olan və hava balonları üzərində qurulmuş həmin sistem hələlik yalnız İsrailin özündə istifadə olunur.

Məlumatda bu da bildirilir ki, "Səma şehi" İsrail ordusu tərəfindən 2022-ci ildən Livanla həmsərhəd ərazilərə nəzarət məqsədilə istifadə olunur.

Müqavilənin qiyməti barədə məlumat verilmir.

Belə bir sistemin həmçinin Polşanın almaq istəyinin olduğu bildirilir. Polşanın həmin sistemi ABŞ-dan 1,2 milyard dollara alacağı deyilir. Sistem 250 km radiusda 500 hava obyektini eyni vaxtda aşkarlamaq gücündədir.

Azərbaycan iqtidarının tənqidçiləri deyirlər ki, xalqın məişətinə və ölkənin abadlaşmasına yönəldilməli olan neft-qaz gəlirlərinin hərbi məsrəfə yönəldilməsi yaxşı qərar deyil. Xüsusilə də Azərbaycan Qarabağ problemini həll edibsə, xalqın sərvətindən milyardlarla dollar pulun yeni müqavilələrlə qaniçən İsrailə axıdılması və Azərbaycanın İsrail hərbi sənayesinin deposuna çevrilməsi ciddi suallar doğurur. Bəlkə də xunta rejimi bölgəni yeni müharibəyə sürükləmək üçün Azərbaycan hakimiyyəti ilə bazarlıq edir.