Mart 14, 2024 18:21 Asia/Baku
  • Qarabağ qazisi azadlıqdan məhrum edildi

Saxta ittihamlarla şərlənərək həbs edilən Qarabağ qazisi Alik Aslanov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Daxil olan məlumata əsasən, Qarabağ Qazisi, Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Alik Aslanovun son məhkəmə iclası baş tutub. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prossesdə Alik Aslanov barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb.

Məlumatda qeyd olunur ki, məhkəmədə son söz alan Alik Aslanov barəsində irəli sürülən narkotik ittihamının saxta olduğunu bildirərək onu rədd edib.

Məhkəmə iclasının sonunda hakim Alik Aslanovu 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib.