Mart 15, 2024 14:32 Asia/Baku
  • Avropa Məhkəməsi Azərbaycana qarşı qərarını elan edib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mart ayının 14-də Azərbaycandan göndərilmiş on ərizə ilə bağlı 6 qərardadını elan edib.

aihmaz.org saytının məlumatına görə, ərizəçilər tanınmış ictimai xadim Eldəniz Quliyev, jurnalist, onlayn media portalının rəhbəri Elnur Məhərrəmli, siyasi və ictimai xadimlər Nazim Məmmədov,Nazim Həsənov,Etibar Məmmədov, Kərim Süleymanlı, Elvin Süleymanov, Cavid Məmmədzadə,Baba Süleymanov və Zemfira Əliyevadan ibarətdirlər.

Məlumatda deyilir ki, ərizələr böhtan və təhqirə görə cinayət məsuliyyətinin tətbiqinin ifadə azadlığı hüququnu pozması və inzibati xəta haqqında icraatların qanunsuzluğu iddiaları ilə bağlıdır.

Bu işlər üzrə məhkəmənin qərardadlarına görə, Azərbaycan Respublikası hökuməti ərizəçilərə cəmi 21100 avro ödəməlidir.