Mart 16, 2024 16:15 Asia/Baku
  • DTX-nin qeyri-rəsmi mediası hansı məqsəd güdür?

İran və Azərbaycan Respublikası prezidentləri arasında böyük əhəmiyyətə malik olan görüşün eləcə də iki ölkə arasında çox önəmli layihələrin istifadəyə verilməsi ərəfəsində Bakıdakı məlum medialar İrana qarşı təxribata əl atırlar.

Dövlət Təhlükəsizlik Xidmətinin tabeliyində olduğu deyilən MOUZE telegram kanalı yenə ikibaşlı bir məlumatda Nardaran və Maştağa qəsəbəsi ərazisində həyata keçirilən əməliyyat zamanı bir neçə nəfərin saxlanıldığından xəbər verib ancaq nədənsə bu xəbərə “daha bir İran casusu tutuldu” başlığını seçib.

Həmişə olduğu kimi Axar.az tərəfindən eynən kopiyalanıb təkrar yayılan bu məlumatda saxlanılanlardan birinin Müsəlman Birliyi Hərəkatının üzvü Tərlan Sayadov olduğu bildirilir.

Hər bir kiçicik əməliyyat barədə rəsmi məlumat yayan DTX, dindarlara qarşı genişmiqyaslı həbslərin xəbərini məhz bu telegram kanalı vasitəsi ilə özü də İranı ittihamlandıraraq yayır.

Maraqlıdır ki, həmin dindarlara qarşı hökümlərin heç birində DTX-nin telegram kanalının İrana qarşı iddiası öz əksini tapmır. Dindarlar istisnasız olaraq narkotiklə ittihamlandırılırlar.

Kiminsə rəsmi şəkildə İrana casusluq ittihamı ilə məhkəməyə çıxarılmadığı bir şəraitdə DTX-nin qeyri-rəsmi mediasının hər dəfə İrana casusluq ittihamını səsləndirməsi iki ölkə arasında qonşuluq və dosluq münasibətlərinin ruhuna zidd hesab olunur.

İran və Azərbaycan Respublikası prezidentlərinin görüşü ərəfəsində Azərbaycan dövlət qurumunun bu kimi hərəkətləri ciddi məyusluq doğurur.