Mart 22, 2024 19:54 Asia/Baku
  • Taliban: Tezliklə Bakıya səfir göndərəcəyik

Əfqanıstan müvvəqqəti hökumətinin sözçüsü Kabildə Azərbaycan Respublikasının səfirliyinin açılmasından xəbər verib və deyib ki, əfqanıstanlı diplomatlar da səfirlik səviyyəsində Bakıya göndəriləcəklər Əfqanıstan müvvəqqəti hökumətinin sözçüsü Kabildə Azərbaycan Respublikasının səfirliyinin açılmasından xəbər verib və deyib ki, əfqanıstanlı diplomatlar da səfirlik səviyyəsində Bakıya göndəriləcəklər.

Zəbihullah Mücahid deyib: Azərbaycan Respublikası ilk dəfə olaraq, Kabildə öz səfirliyini açıb və Əfqanıstan İslami Əmirliklərin diplomatları da qarşıdakı günlərdə səfirlik səviyyəsində Azərbaycan Respublikasına göndəriləcəklər.

Mücahid dünya ictimaiyyətini Əfqanıstan müvvəqqəti hökumətiilə diplomatik əlaqələrini bərpa etməyə çağırıb.

Taliban-ın sözçüsü əlavə edib: Azərbaycan Respublikası Əfqanıstanla əlaqələrini bərpa etdi və Əfqanıstanda səfirliyini açdı. Biz də Azərbaycan Respublikasında səfirliyimizi açacağıq və bu, Əfqanıstanın həmin ölkə ilə diplomatik təmasları istiqamətində atılan yeni bir addımdır. Bu, faydalı əlaqələr olacaqdır

 

Teqlər