Apr 03, 2024 18:00 Asia/Baku
  • Rəsmi Bakı İranla bağlı ABŞ-ın agenti rolunu oynayır?

Azərbaycanlı siyasi təhlilçi Azərbaycan dövlətinin yüksək çinli rəhbərlərinin və Azərbaycanın İrandakı səfirinin ABŞ üçün kəşfiyyat məlumatları ötürdüyünü deyib.

Siyasi təhlilçi Sona Əliyeva Yeni Müsavat qəzetinə verdiyi müsahibədə ABŞ-ın İran üzrə xüsusi elçisi Abram Peylinin Azərbaycana səfəri və Bakıda bir sıra görüşlər keçirməsini heç də təsadüfi hesab etmir. 

“Çox güman ki, Peylinin Azərbaycanın İrandakı səfiri ilə görüşünün pərdəarxasında siyasi kəşfiyyat alış-verişi dayanır. Çünki ABŞ İranla bağlı məlumatları son dövrlər ilkin mənbələrdən ala bilmir. Ona görə də İranla qonşu ölkələrin səfirlikləri ilə məlumat mübadiləsində maraqlıdır”,- Siyasi analitik deyib.

Sona Əliyeva ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Abram Peylinin Bakıdakı görüşlərinin hər birini şərh edib:

“Deməli, Əli Əlizadə ilə görüş sırf diplomatik kəşfiyyat xarakterlidir. Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüş isə daha çox ali mənbələrdən məlumat almaq üçündür. Yəni İranla Azərbaycan arasındakı münasibətlərin indiki səviyyəsi Birləşmiş Ştatlar üçün olduqca maraqlıdır. Xarici İşlər nazirinin müavini Samir Şərifovla görüş isə daha çox İrana tətbiq olunan sanksiyalarla əlaqəli ola bilər”,- Siyasi şərhçi bildirib.

Sona Əliyeva ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfəri və Bakıdakı anti-İran mahiyyətli görüşlərindən İranın narahat olacağını normal hesab edir:

“Təbii ki, bütün bunlar rəsmi Tehranı narahat edən məqamlardır. Bu görüşlərin İran-Azərbaycan əlaqələrində müəyyən qədər gərginlik yaradacağı istisna deyil”- Siyasi şərhçi Sona Əliyeva deyib.  

 

Teqlər