Apr 07, 2024 14:10 Asia/Baku
  • Azərbaycan Respublikasının həbsxanalarında iki gün ərzində iki məhbus dünyasını dəyişib.

Dünən Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Elçin Alışov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilsə də bu barədə daha ətraflı məlumat verilməyib.

Srağa gün də Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində saxlanılan Rəsul Əlövsət oğlu Hüseynov dünyasını dəyişmişdi. Onun da həbsxanada ölməsinin səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycan həbsxanalarında siyasi məhbusların ölümü halları da qeyd olunub. Bunlardan biri İslam Partiyasının sədr müavini Vaqif Abdullayev idi ki, 2012-ci ildə həbsxanada vəfat etdi. Onun ürək xəstəliyi ilə bağlı həkimlər və ailəsi dəfələrlə xəbərdarlıq etmişdilər. Vaqif Abdullayevin yaxınlarının dediklərinə görə hakimiyyət tərəfindən bu çağırışlara heç bir məhəl qoyulmadı və ona tibbi yardım göstərilmədi.