Apr 09, 2024 14:00 Asia/Baku
  • Şeyx Sərdar daha bir ay karsda qalacaq

Şeyx Sərdar Hacıhəsənlinin “Kars”da saxlama müddəti daha bir ay uzadılıb.

Həbsdə olan ruhaninin vəkil Elçin Sadıqov bildirib ki, Şeyx Sərdar Hacıhəsənlinin 29 mart 2024-cü il tarixdə cərimə təcridxanasına ("kars") keçirilməsinin müddəti tamam olduqdan sonra, müdafiə tərərfinə məlumat vermədən yenidən kars müddətinin artırılmasına dair qərar verilib.

Qeyd edək ki, saxta ittihamla şərlənərək 17 il azadlıqdan məhrum edilən ruhani Şeyx Sərdar Hacıhəsənli 2024-cü ilin yanvar ayının 24-dən qayda pozuntusu bəhanəsi ilə bu günə kimi 2 ay 15 gündür ki, 7 saylı Cəzaçəkmə Müəssisəsində"kars"da (cərimə təcridxanasında) saxlanılır və orucunu "kars"da tutur.