Apr 15, 2024 12:53 Asia/Baku
  • Azərbaycanda nikahların sayı azalıb, boşanmalar artıb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi son məlumata görə, bu ölkədə cari milad ilinin ilk iki ayı ərzində nikahların sayı azalıb boşanmaların sayı isə artıb.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah və 3456 boşanma halları qeydə alınıb.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.

 

 

Teqlər