Apr 22, 2024 13:13 Asia/Baku
  • “Biz ərazimizdən başqa ölkələrə qarşı istifadə iddiasını rədd edirik”

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında dərc olunmuş məlumatlarla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki, Azərbaycan Respublikası ərazisindən İrana qarşı hərbi məqsədlər üçün istifadə edilməsi yalandır.

Medianın İnkişafı Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində sözügedən məlumatların dezinformasiya mahiyyəti daşıdığı və Azərbaycana qarşı sistemli dezinformasiya hücumlarının tərkib hissəsi olduğu müəyyənləşdirilib.

Xatırladaq ki, ötən günlərdə bəzi İsrail KİV-ləri və Qərb rəsmiləri, o cümlədən Fransa diplomatı İsrailə aid hücum pilotsuz təyyarələrinin Azərbaycan ərazisindən İrana göndərilməsi ilə bağlı xəbərlər dərc etmişdi.