Apr 23, 2024 12:55 Asia/Baku
  • ABŞ ənənəni pozmalı oldu

Daima Azərbaycan Respublikasında şiə əhaliyə qarşı repressiya və həbslər barədə susan ABŞ, bu dəfə İranla əlaqədə olduqları iddia edilərək həbsə atılanlar barədə münasibət bildirməli olub.

Son aylar ərzində İranla əlaqədə olduqları iddia edilən çoxlu sayda dindarın həbs edilməsi və sonradan onlara nakotiklə ittihamlandırılaraq hökm verilməsi Azərbaycan cəmiyyətində və beynəlxalq səviyyəsində o qədər diqqət çəkir ki, həmişə bu kimi mövzulara biganə yanaşan ABŞ belə, məsələyə münasibət bildirməli olub.

ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair illik hesabatında misli görünməmiş sayda adamın İranla əlaqə bəhanəsi ilə həbs edildiyi bildirilir:

"Hüquq-mühafizə orqanlarının əməkdaşları misli görünməmiş sayda adamı İranla əlaqədə şübhəli bilərək həbs ediblər", - ABŞ Dövlət Departamentinin İnsan Hüquqları Bürosunun nümayəndəsi Robert Gilkrist brifinqdə bildirib.

Departamentin insan hüquqlarına dair illik hesabatının Azərbaycana həsr olunmuş bölməsində ifadə azadlığına və KİV azadlığına ciddi məhdudiyyətlərdən, o cümlədən jurnalistlərə qarşı zorakılıqdan da danışılır.

Digər problemlər arasında hökumətdəki sistemli korrupsiya, gender zorakılığına görə məsuliyyətin olmaması qeyd olunur.

“Hesabatda göstərildiyi kimi, işgəncə və digər fiziki zorakılıq növləri, siyasi məhbuslar və müstəqil məhkəmə hakimiyyətinin olmaması da daxil olmaqla, ciddi insan haqları pozuntuları barədə səhih məlumatlar var”, Robert Gilkrist bildirib.

"Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları misli görünməmiş sayda adamı İranla əlaqədə şübhəli bilərək həbs ediblər", - o əlavə edib.

Hesabatda ötən ilin dekabrına olan vəziyyətə görə, Azərbaycanda 254-ə yaxın siyasi məhbus və saxlanılan şəxs olduğu bildirilir.

İnsan haqları mövzusundan Hökumətlərə qarşı təzyiq göstərmək və onlardan bac almaq üçün istifadə edən ABŞ, ikinci Qarabağ müharibəsindən sonra regionda nüfuzunu itirməkdən nigaran qalaraq Bakıya qarşı tonunu yüksəldib.