May 07, 2024 14:24 Asia/Baku
  • Zahid Oruc ABŞ-a birdəfəlik yox deməyə çağırıb

İqtidarın tanınmış deputatı Zahid Oruc ABŞ dövlət katibi Ceyms Beykerdən Göyçə dağlarına qədər gəlib çıxan Foq Rasmussenədək, hamısını qara siyahıya almağı təklif edib.

Azərbaycan dövlətinin sanksiyalara cavabı Böyük qayıdışı gücləndirməsi, delimitasiyasını addım-addım irəliyə aparması, regionda sülhü qazanması olmalıdır.

Bunu parlamentin İnsan haqları komitəsinin sədri Zahid Oruc mayın 7-də, Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, sanksiyalara cavab kimi həmçinin Azərbaycan region dövlətləri ilə konfrontasiyaya getməməli, Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməli, Azərbaycan torpaqlarının işağlına dəstək verən konqresmenləri, dövlət katibi Ceyms Beykerdən Göyçə dağlarına qədər gəlib çıxan Foq Rasmussenədək, hamısını qara siyahıda dünyaya sülhün düşmənləri kimi göstərməlidir:

“Yəni Paşinyanı Bakıya dəvət etmək olar. Siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbayacana yolu birdəfəlik bağlanmalıdır”,-Zahid Oruc deyib.

Millət vəkili bildirib ki, ABŞ Konqresi və Fransa Senatı ilə müqayisədə Ermənistan parlamenti sülh göyərçini kimi görünür:

Əlləri çatsa, təkcə Vətən müharibəsinin qəhrəmanlarına qarşı deyil, bütün xüsusi təyinatlılarımıza, komandoslara, hər bir şəhidimizə, bir sözlə bütün Azərbaycan Ordusuna qarşı hərbi hökmlər çıxararlar”,-Deputat Zahid Orucov bildirib.

Qeyd edək ki, ABŞ konqresində Azərbaycan Respublikasının Qarabağ müharibəsində iştirak etmiş komandanları da daxil 45 vəzifəli şəxsinə qarşı sanksiya layihəsi gündəmə gətirilib.