Azərbaycan Fransanı cavabsız qoymayacaq
Azərbaycan Respublikası XİN sözçüsü Fransanın Azərbaycana qarşı səsləndirdiyi nalayiq ifadələr və təxribatların cavabsız qalmayacağını bildirib.
Fransa tərəfi əmin olmalıdır ki, Azərbaycana qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa tərəfinin Azərbaycanı “diktatura” adlandırması məsələsi ilə bağlı yerli medianın sualını cavablandırarkən deyib:
"Fransa tərəfi bu kimi məsuliyyətsiz və qəbuledilməz açıqlamalara görə nəinki üzrxahlıq diləməyib, hətta Le Point və digər bu kimi yerli Fransa mətbuatında Azərbaycana qarşı qarayaxma kampaniyasını daha da genişləndirib.
Bəyanatda Fransa beynəlxalq hüququ pozmaqda, neokolonial, irqçilik, diskriminasiya, islamofobiya siyasəti yürütməkdə ittiham olunur:
" Azərbaycanı “diktatura” adlandırmazdan əvvəl, Fransanın bu fəaliyyətindən dərs çıxarması faydalı olardı. Fransa tərəfi əmin olmalıdır ki, ölkəmizə qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq", - A.Hacızadə deyib.