İki əsgəri ildırım vurub bir əsgər itkin düşüb
Azərbaycan Respublikasında iki əsgər həlak olub birisi isə itkin düşüb. Bu barədə Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyi məlumat veriblər.
İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Baxışlı və əsgər Əli Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat etmişlər. Bu barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti məlumat verib.
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Hüseynov iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb. Bu barədə Azərbaycan müdafiə nazirliyinin məlumatında bildirilir.
Məlumatda hərbi qulluqçunun axtarışı ilə bağlı zəruri tədbirlərin görüldüyü deyilir.